Xalq yazıçısı Anarın YUBİLEYİDİR

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın 80 illik yubleyidir.

Metbuat.az saytı adından xalq şairini təbrik edirik.

Rzayev Anar Rəsul oğlu (ədəbi təxəllüsü ANAR) 1938-ci il martın 14-də, Bakıda, ədəbi ailədə anadan olub. Anar Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin oğludur.

Azərbaycan dilində və başqa dillərdə 120 dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilən Anarın «Ağ liman», «Beş mərtəbəli evin altıncı mərtəbəsi», «Macal», «Dantenin yubileyi», «Əlaqə»,» Otel otağı», «Ağ qoç,qara qoç», «Göz muncuğu», «Keçən ilin son gecəsi», «Asqılıqda işləyən qadının söhbəti», «Mən, sən, o və tetefon», «Gürcü familiyası», «O gecənin səhəri», «Qırmızı limuzin», «Vahimə», «Yaxşı padşadın nağılı» adlı povest, roman və hekayələri, «Molla Nəsrədin 66» satirik hekaylər silsiləsi qırxa yaxın dilə çevrilib. Anarın ssenariləri əsasında 15 tammetrajlı bədii film çəkilib. Əsərləri ölkəmizdən kənarlarda da kinematoqrafçıların diqqətini çəkib.

Anar Azərbaycanın yüksək ordenləriylə - «İstiqlal» və «Şərəf» ordenləriylə təltif edilib. Azərbaycanın ən yüksək Heydər Əliyev mükafatının, habelə Dövlət mükafatının, «Humay» mükafatının laureatı, Prezident təqaüdçüsü, Əməkdar İncəsənət xadimi, Xalq yazıçısıdır. Professordur, Nizami adına ədəbiyyat institutunun, Nəsimi adına Dilçilik institutunun, bir neçə Türkiyə üniversitetlərinin fəxri doktorudur. Türkiyənin və Balkan ölkələrinin bir sıra nüfuzlu ödüllərinə layiq görülmüşdür. «Zəncir» («Qaravəlli») pyesi və tamaşası SSRİ-nin Ümumittifaq komediya müsabiqəsinin mükafatına layiq görülmüşdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR