Play Store

Müdafiə naziri Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirdi - VİDEO

General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR