Azərbaycanlı professorun kitabı

Bakı Slavyan Universiteti (BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsinin jurnalistika kafedrasının professoru, əməkdar jurnalist Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi "Barış körpüsü" adlı kitabı nəşr olunub.

Metbuat.az bildirir ki, müəllifin "Barış körpüsü" adlı kitabında ünlü türk sənətçisi Barış Mançonun Azərbaycanda olarkən bir çox görüşləri, müsahibələri, nadir fotoşəkilləri və digər maraqlı xatirələri yer alıb.

Martın 8-də iki günlük İstanbula işgüzar səfərə gedən Etibar Babayev Barış Mançonun ev muzeyini ziyarət edib. O, dəfələrlə qonaq olduğu, çəkilişlər apardığı bu malikanəyə əliboş getməyib. "Barış körpüsü" kitabının ilk nüsxəsini muzeyə hədiyyə verib.

Olay Türkiyənin “Halk”, “Ağrıda haber”, “Güncel” və digər xəbər portallarında yer alıb.

Xəbərlərdə Azərbaycan jurnalisti Etibar Babayevin Barış Manço haqqında yazdığı kitabla yanaşı, eyni zamanda müəllifin dostu barədə dəyərli fikirlərinə də geniş yer ayrılıb. Etibar Babayev:

"Barışın dönəmində Türkiyədə Avropa ilə Asiyanı birləşdirən iki körpü vardı; birincisi Boğaziçi körpüsü, ikincisi isə Fatih Sultan Mehmet körpüsü. Bir dənə də canlı körpü vardı; Türkiyəni bütün dünya ilə birləşdirən Barış Manço körpüsü" - deyə, bütün Türk dünyasının məşhur sənətçisinin böyüklüyünü özünəməxsus şəkildə ifadə edib.

Müdafiə naziri Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirdi – VİDEO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR