ARB TV-nin “Rezonans” verilişi bu dəfə məhbus Əkrəm
Yusifovun həbsxana hekayələrini təqdim edib.
Əkrəm Yusifov (cəzası 8 il): “2004-cü ildə qəzaya düşdüm və 15 gün
komada qaldım. 6 ay yeriyə bilmədim. Sonra yavaş-yavaş yeriməyə
başladım. Daha sonra sahibkarlıqla məşğul olmağa başladım. Biznesim
böyüdü və xaricdə də şirkətim oldu. Rusiyadan Azərbaycana taxta
göndərirdim. Azərbaycandakı firmama da müdir təyin etmişdim.
Hansısa bir fırıldaq adam bunu aldadıb. Bankdan pul götürdülər. Mən
də razılaşdım. Sonra Bakıya gələndə gördüm ki, pulu mən deyən qədər
yox, daha çox götürüblər. Girov olaraq da daşınmaz əmlakımı
qoyublar. Pulu soruşduqda isə xərcləndiyini dedilər. Həmin İlqar
adlı şəxs bir dəfə mənə zəng elədi ki, bəs mənim ad günümdür, sən
də gəl. Getmək istəmirdim, bir az təkid etdikdən sonra razılaşdım.
Bir az içdik və ad günündən çıxanda avtomobilə əyləşdik. Sürmək
istəyəndə qoymadım ki, bir nəfəri çağırmışam gəlib aparsın bizi. Bu
əlimdən vurub məni söydü. Maşından düşüb bunun boğazını və qulağını
kəsdim. Mənim 3 uşağımın 3-ü də universitetdə oxuyur. Mən atalıq
borcumu yerinə yetirə bilmədim”.