İtaliya səfiri: "Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox baxımlı idi"

İtaliya səfiri: "Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox baxımlı idi"
12:12 16 Mart 2018
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun açılış mərasimi çox baxımlı idi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Onun sözlərinə görə, italyan gimnastların çıxışını izləyə bilməsə də, açılış mərasiminə gəlib:

"Bu mənim çox xoşuma gəldi. Mən idmanı sevirəm. İdman xalqlar və millətlər arasındakı münasibətlər baxımından çox vacibdir".

Səfir, həmçinin açılış mərasiminin keçirildiyi Milli Gimnastika Arenası barədə də danışıb:

"Bu idman obyekti insanı heyrətə gətirir. Mən burada voleybol üzrə Avropa çempionatı zamanı olmuşam. Obyekt çox gözəldir. Buna görə öz dostumu, idman naziri Azad Rəhimovu təbrik edirəm".

A.Massari əlavə edib ki, onun ən sevdiyi idman növü tennisdir və o Bakıda tez-tez oynayır: "Əlbəttə, bir italyan olaraq mən futbolu sevirəm və "Bolonya"ya azarkeşlik edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/634041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR