Play Store

"Sarkisyan, hansı vicdanla baş nazir olmaq istəyirsən?" - Erməni qadın (VİDEO)

Ermənistanın Qafan şəhər sakini Emma Xaçatryan hökümət binası qarşısında etiraz aksiyası keçirib.

Metbuat.az AzVision.az-a istinadən xəbər verir ki, qadın 30 yaşlı oğlunun 7 ildir yoxa çıxdığını deyir. Xaçatryan oğlunun itkin düşməsində dövlət rəsmilərini, o cümlədən polis rəisi və baş prokuroru ittiham edir: “Serj Sarkisyan, hansı vicdanla baş nazir olmaq istəyirsən?

Cənab Qasparyan, qanundan danışırsan, amma kirvəlik gücünə hər şey edirsən, oğlumu pulla satan idarə rəisi Vaxtanq Avaqyan, mənə pul təklif edib. Avaqyan mənə dedi ki, şikayət ərizəsi yazma, İrəvana getmə, mən pul verim, sən də get özün üçün yaşa. Mənim oğlumun tapılması üçün Vaxtanq Avaqyanı işdən azad etsinlər”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR