Novruz Bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətinin konsert proqramı keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından səhnəcik oynanılıb. Səhnəciyi müğənni Elnarə Xəlilova hazırlayıb.
Elnarə səhnədə Xarici Dillər Universitetinin tələbələri ilə birlikdə çıxış edib. Asiya rolunu Elnarə, digər obrazları isə tələbələr oynayıb.
Onları səhnədə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Orkestri müşayiət edib.
Milli.Az