Milli komandamızın futbolçusu özünü güllələdi

Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

Metbuat.az ARB-yə istinadən bildirir ki, hadisə rayonun Şorsu kəndində qeydə alınıb. Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb.

Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Firəngiz Əzizova Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. O, mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

Bakıda kilosu 700 manata alça satılır / VİDEO_ TIKLAYIN!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR