Play Store

Bakıda soyğunçuluq edən şəxs tutuldu

Bakıda azyaşlıya qarşı soyğunçuluq edərək onun mobil telefonun əlindən alan şəxs saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən xəbərə görə, naməlum şəxsin metronun “Sahil” stansiyasının yaxınlığında 14 yaşlı A.B-nın “Samsung” markalı mobil telefonunu əlindən alınması barədə Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verilib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən, Qəbələ rayon sakini İkram Muradov saxlanılıb. İlkin ifadəsində o, törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefon aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Qeyd edilən faktla bağlı bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya 39-cu Polis Bölməsinə müraciət edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR