ABŞ Prezidenti Donald Tramp FTB sədrinin müavini Endryu Makkabenin vəzifəsindən kənarlaşdırılması ilə bağlı öz münasibətini bildirib.
Publika.az xəbər verir ki, ənənəsinə sadiq qalaraq tvitter hesabından açıqlama verən prezident Makkabenin qovulmasını “Demokratiya üçün böyük gün” adlandırıb.
“Endryu Makkabe qovulub. FTB-də ağır zəhmət çəkən qadın və kişilər üçün möhtəşəm gün – demokratiya üçün böyük gün. İkiüzlü Ceyms Komi (FTB-nin keçmiş rəhbəri) onun rəhbəri olub və ona görə də Makkabe xorda olan bir oğlan kimi görünür. O, FTB-nin yuxarı səviyyələrinin bütün yalanlarını və korrupsiya hallarını bilirdi”, - Tramp yazıb.