Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.
Metbuat.az bildirir ki, APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 540 manatdan 594 manata qaldırılıb.
Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.