Somalinin paytaxtı Moqadişo şəhərində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, insident ölkə parlamentinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, yaralananlar var. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, "Əl Qaidə" qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab" Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Milli.Az