Somalinin paytaxtı Moqadişo şəhərində partlayış baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident ölkə parlamentinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, yaralananlar var. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.