Müğənni Elnarə Xəlilova bu dəfə də sosial şəbəkə istifadəçiləri ilə davaya çıxıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı onu "zövqsüz" adlandıranlara sərt cavab verib. Elnarə hər dəfə eyni tonda geyimlər geyindiyi üçün onu qoca və eybəcər adlandırılan İnstaqram izləyicilərinə hirslənib:
"Zövq ilahələri, bilin və agah olun. Yaxşı ki, sizin zövqünüzdə biri deyiləm. Yoxsa özümdən zəhləm gedərdi. Əmin olun ki, sizin kimi heç vaxt geyinməyəcəyəm. Məni sizdən fərqləndirən tək cəhət bu deyil. Sizdən fərqli olaraq, sizi öyrədirəm".
Milli.Az