“Niva” divara çırpılaraq aşdı

Şəkidə gecə saatlarında yol qəzası baş verib.

Hadisə şəhərin İzzət Həmidov küçəsində qeydə alınıb.

Şəki şəhər sakini Alxasov Kamal Elşad oğlunun idarə etdiyi “Niva” markalı avtomobil idarəetməni itirərək yolun solundakı divara çırpılıb və aşıb.

Nəticədə sürücü və avtomobildə olan digər sərnişin Şirinov Məmmədseyid müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR