Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl əməkdar artist Tünzalə Ağayevanın atası Qabil bəy dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bununla bağlı İnstaqram-ında paylaşım edib və ona başsağlığı verənlərə təşəkkürünü bildirib:

"Ailəmin üzüntüsünü paylaşan hər bir kəsə könüldən minnətdaram. Allah sizdən razı olsun, yaxşı ki varsız. Qoşa qanadlarımızın dəyərini onlar sağ ikən bilək. Allah atalarımızın axirətini versin".

Milli.Az