ARB TV-nin “Sirdaş Rövşanə” proqramına müraciət edən
məşhur mahnıların söz yazarı olan şairə yardım
istəyib.
“Bağban məni yaralama”, “Ana Kürüm” və s. Kimi məşhur mahnıların
söz yazarı olan Şərafət Dağıstanlı çətin vəziyyətdə olduğunu və
yardıma ehtiyacı olduğunu bildirib.
“Sirdaş Rövşanə” proqramının çəkiliş qrupu 81 yaşlı şairənin
yaşadığı evdə qonaq olub.
“Mən havadayam. Mənim adıma evim belə yoxdur. Bir qızım və bir
nəvəm var. Onlar da kirayə yaşayırlar. Bu yaşadığım ev də xaricdə
yaşayan bir qohumumundur. Dedilər ki, Şərafət xala, nə qədər
istəyirsiz burada qalın. 3 il bu evdə soyuqdan donmuşam. Şairə
olduğum üçün peşman olmuşam. O qədər mahnım oxunur, lakin məni
nəzərə alan yoxdur. Könül Xasıyevaya o qədər yalvarmışam ki, Könül,
heç olmasa adımı çək. Cavab verir ki, o xalq mahnısıdır”.
Şairə ustad xanəndə Xan əmi ilə tanışlığından da bəhs
edib:
“Şövkət Ələkbərova, Nəzakət Məmmədova ilə çox yaxın idik. Şuşada
olanda Xan əmi gəlib dedi ki, ay gözəl, nə yazırsan? Dedim ki,
şeirlər. Qarabağ haqqında şerimi oxuyub dedi ki, haralısan? Dedim
ki, Dağıstan tərəfdən. Dedi ki, ancaq Qarabağ qanı olan biri bunu
yaza bilər”.
Şərafət Dağıstanlı Könül Xasıyevadan başqa Tacirdən də
yardım istəməsinin cavabsız qaldığını söyləyib:
“Çox pis vəziyyətdə yatırdım. Tacirə dedim ki, oğlum, mahnımı
oxuyursan, heç olmasa mənə dərman pulu ver. Dedi ki, edərəm,
edərəm, o da qaldı”.
Daha sonra efirə qonaq gələn şairə efirdən bir daha yardım
istəyib. Aparıcı Rövşanənin sədəqə belə toplamısız sualını isə
ağlayaraq təsdiqləyib:
“Ağlıma belə bir mövzu ilə efirə çıxacağım gəlməzdi. Hər kəsə
deyirəm ki, cavanlıqda özünüzə gün ağlayın. Ömür boyu işləmişam.
Dünya Azərbaycanlılar Konqresinin və AYB-nin üzvüyəm. Evim var idi.
Qızımın uşağı doğulan zaman ehtiyacdan məcbur olub satdım”.