Tarkan 8 konsert proqramı ilə Avropa turuna start verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ilk konsertini Berlində verən ifaçı bundan sonra Ştuqart, Frankfurt, Rotterdam, Düsseldorf (iki konsert), Münxen və Hamburqda sevənləri ilə görüşəcək.

Məlumata əsasən, Tarkan 8 konserti üçün qabaqcadan 6 milyon lirə alıb.

Qeyd edək ki, meqastarın konserti bu gün başlayıb və 29 aprel Hamburqda bitəcək.

Milli.Az