Mingəçevirdə zavoddan oğurluq edən şəxs tutuldu

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompyuter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

"GetContact"la bağlı dəhşətli fakt – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR