Ərdoğanı təhqir edən yunan naziri - ölkəsində sərt reaksiya görüb/ VİDEO

Metbuat.az-ın verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən Yunanıstan Müdafiə Naziri Panos Kammennosa ölkəsindəki siyasi partiyalar sərt reaksiya verib.

Milliyətçi çıxışlarıyla tanınan Kammenos prezident Ərdoğanın yunan əsgərinin Türkiyəyə qaçırıldığına inandığını və iki əsgərin 15 il həbsdə qala biləcəyini demiş, Türkiyə ilə Egedə isti bir qarşıdurma yaşana biləcəyini dilə gətirmişdi.

Açıqlamaya sərt münasibət göstərən ana müxalifət Yeni Demokratiya Partiyasının (YDP) yazılı bəyanatında bu ifadələr yer alıb “ Kammenosun bu sözlərinə şərh etməyə ehtiyac yoxdur. O, müdafiə naziri kimi əhəmiyyətli bir vəzifəyə layiq deyil.”

Digər tərəfdən bəzi partiyalar Kammennosun bu çıxışına qarşı hökuməti qarşı durmaya çağırarkən, bəziləri ifadəsi “lazımsız” və ya “şişirdilmiş”deyə bildirib. Demokratik cəbhə partiyası lideri Fofi Yenimmates “Yunanıstan baş naziri Aleksis Chiprasın Kammelosun çıxışlarına qarşı ciddi bir mövqe tutması vacibdir” açıqlamasını edib.

Yunan jurnalist Yannis Sideris Yunanıstan Baş Naziri Çiprasın Ərdoğana“padşah” deməsini radio proqramında "protokolun pozulması" kimi şərh edib və "Ərdoğanın Türk xalqı tərəfindən seçilən bir prezident olduğunu qeyd etmək vacibdir. Belə ifadələr Baş Nazirə yaraşmır " deyə bildirib.

Ərdoğan Afinanın 2 yunan əsgəriylə bağlı Ankaraya göndərdiyi mesajlara bazar günü cavab verib. Əsgərin sərhədi pozduqdan sonra tutulduğunu bildirib.

Günal Sadıxova/ Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR