Mavi-yaşıl yumurtanın

Metbuat.az-ın verdiyi məlumata görə, mavi-yaşıl yumurta zəngin tərkibə malik bir qida olması ilə diqqət çəkir. Normal yumurtaya nisbətən sıfır deyilə biləcək xolestrol dəyərlərinə sahib olan mavi- yaşıl yumurta növü “Arakuana” irqinə mənsub toyuqlardan əldə edilir.

Normal yumurtada 200 -220 mq dəyərləri arasında olan xolestrol mavi- yaşıl yumurtanın içində yox deyiləcək qədər azdır.

Ağ və sarı yumurtalara nisbətən tərkibində 10 qat daha çox kalori olan mavi-yaşıl yumurta çox faydalı olmaqla yanaşı rəngli görünüşü ilə xüsusilə uşaqların çox sevdiyi bir qida növüdür. Türkiyənin Bursa şəhərində İnegöldə yerləşən "Arge" təsislərində istehsal edilən mavi-yaşıl yumurta böyüklüyü və sıfır xolestrol tərkibi ilə digər yumurtalardan bir addım öndədir.

Mavi-yaşıl yumurta ürək və damar, qansızlıq, döş xərçəngi kimi xəstəliklərdən qorunmaq üçün çox faydalı qidadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR