Paytaxtın Binəqədi rayonunda partlayan su borusunda hazırda təmir işləri həyata keçirilir.

Bununla bağlı Metbuat.az-a açıqlama verən “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Binəqədidəki bu borular 60-cı illərdə çəkilib:

“1000 millimetr diametri olan xətdir. Borunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindən keçən hissəsində qəza baş verib. Artıq suyun verilişi dayandırılıb, xətt boşaldılıb. Briqadalar ərazidə təmir işləri aparır. Fikirləşirik ki, bu aşxam işlər yekunlaşacaq. Sakinlərə əvvəlki qaydada suyun verilməsi bərpa ediləcək.

Bu gün Bakıda hətta 30-cu illərdə çəkilmiş su xətləri var. Həmin su xətləri əsasən şəhərin mərkəz ərazilərində yerləşir. Boruların 60-cı illərdə çəkilməsi onun qəzalı vəziyyətdə olması demək deyil. Yeni çəkilən borularda da bu kimi problemlər baş verə bilər. Hər şey mümkündür”.

Qeyd edək ki, bu gün Binəqədi rayonu Həmidə Məmmədquluzadə küçəsində diametri 1000 santimetr olan su borusu partlayıb. 30-a yaxın ev su altında qalıbb onlarla sakin təxliyə edilib.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıda onlarla ev su altında qaldı - sakinlər təxliyə edildi/ FOTO – TIKLAYIN!