Dünyanın ən aqressiv və təhlükəli it cinslərindən sayılan pit bulteryerlə bağlı daha bir insident yaşanıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Hindistanın paytaxtı Dehlinin Uttam Naqar səmtində küçələrdən birində oynayan uşaqlara pit bulteryer hücum edib.
İt 6 yaşlı oğlanın ayağından yapışıb yerə yıxıb, dişləməyə başlayıb.
Köpəyi bir neçə nəfər uşaqdan zorla ayırıb.
Bundan sonra bulteryer küçədəki insanlara hücum edərək özünə yeni qurban arayıb.
Hadisə yerinə çağırlmış polislər iti güllələyərək öldürüblər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

