Fillər magistralı bağladı

İspaniyanın cənub-şərqindəki Albecete yaxınlığındakı Pozo Canada qəsəbəsində qəza edən bir maşından çıxan beş fil magistralda nəqliyyatın dayanmasına yol açıb.

Metbuat.az bildirir ki, polis fillərdən birinin qəzada aldığı yaralardan dolayı öldüyünü, ikisinin isə sağlam olduğunu bildirib.

Yaralı fillər isə hadisə yerinə gətirilən kranla magistraldan alınıb. Baş verən qəzada filləri daşıyan yük maşının sürücüsü xəsarət almayıb. Yük maşının bir sirkə aid olduğu yazılıb.

http://matbuat.az/news/926967/bele-qeza-ancaq-filmlerde-olurdu.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR