Aprelin 6-da Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 9 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.

"Ölənlərdən 1-i uşaqdır. Xəsarət alanların sayı isə 1000 nəfəri keçib. Martın 30-dan etibarən Qəzza zolağının sərhədində ölən fələstinlilərin sayı 30-a çatıb, 2 500-dən çoxu yaralanıb", deyə R.Mənsur qeyd edib. İsrail hökuməti bölgədə vəziyyətin gərginləşməsində "HƏMAS"ı günahlandırıb.

Milli.Az