İtaliya A seriyasının XXXI turunda "Benevento"nun qonağı olan "Yuventus" son dəqiqələrdə vurduğu qollar sayəsində qalib gəlib - 4:2.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qoca-sinyora"nın qələbəsinin memarı olan Paulo Dibala het-trikə imza atıb.

Bununla cari mövsümdə 3-cü dəfə het-trik müəllifi olan argentinalı öz rekordunu da yeniləyib. Belə ki, Dibala bu mövsüm bütün turnirlərdə rəqib qapılarından 25 top keçirib ki, bu da onun karyerasının ən məhsuldar mövsümüdü.

Milli.Az