Əməkdar artist 48 yaşında

Rusiyanın əməkdar artisti, “Müasir Pyeslər Teatrının” aktrisası Anjelika Volkçova dünyasını dəyişib.

Aktrisa ağır xəstəliyə tab gətirə bilməyib.

Əməkdar artistlə vida mərasimi sabah teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.

Azərbaycan tamaşaçılarına “Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin “Londonqrad” və “Qromovlar” serialarında maraqlı obrazlar yaradıb. //Yenicag


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR