Play Store

​“Sonuncu iclas” - İstiqlal fədailərinə həsr olunan film/ VİDEO

Onlar bizi 100 il əvvələ aparacaqlar. Azərbaycan tarixinin ən şanlı, eləcədə ən keşməkeşli səhifələrindən biri obrazların timsalında yenidən canlanacaq.

Təqdim edəcəyimiz görüntülər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini ekranlara daşıyacaq “Son iclas” filminin çəkilis prosesindəndir. Bakı Media Mərkəzinin Azərbaycan tarixnə daha bir töhvəsi olan bu film Heydər Əliyev Fondunun dəstəyi, BP Azərbaycan şirkətinin sponsorluğu ilə ərsəyə gətirilib.

Filmin adını da ehtiva edən əsas səhnə, yəni son iclas AXC Parlamentinin məhz son iclasının keçirildiyi – İndiki Əlyazmalar İnstitunun yerləşdiyi binada çəkilir. Çəkilişlər paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yanaşdığı ərazilərdə lentə alınır. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəsislər, peşəkar aktyorlardır.

Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Rejissoru Fuad Əlişov, quruluşcu operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli olan ekran işi ehtiva etdiyi epizodlar baxımından Bakı Media Mərkəzinin digər tarixi ekran əsərləri kimi qismən az öyrənilmiş, qaranlıq qalan tarixi hadisələri əks etdirib.

Cümhuriyyət qurucularının İstiqlal düşmənlərinə, işğalçılara, onların havadarlarına qarşı sonanadək apardıqları qeyri-bərabər və ümidsiz mübarizəsinin bədii boyalarla əks olunduğu “Sonuncu İclas” filmi 28 may Respublika günü ərəfəsində ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Qafqazın ən böyük media şirkəti olan Bakı Media Mərkəzinin bugünədə qədər ərsəyə gətirdiyi “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Bir günəş altında” filimləri tamaşaçılar tərəfindən olduqca maraqla qarşılanıb.

Ariz Tarverdiyev / "Həftə Sonu" analitik informasiya proqramı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR