“Apple” bu gün qırmızı rəngli “İphone 8” və “İphone 8 plus” modellərinin satışa çıxdığını rəsmi şəkildə elan edib.

Metbuat.az xəbər verir ki, hər iki model də indi qırmızı rəng variantı təqdim olunan şüşə kassaya, alminium zolağa və qara rəngli qabaq səthə malikdir. Şirkət həmçinin “İphone X” üçün yeni (PRODUCT RED) dəri folqa örtüyü də sabahdan etibarən satışa təqdim edəcək.

Xüsusi olaraq dizayn edilmiş və işlənmiş Avropa dərisindən istehsal olunan yeni folqa örtük, müştərilərə təqdim olunan digər (PRODUCT RED) qurğu və aksessuarlara qatılır. Bütün (PRODUCT RED) satışlarından əldə edilən gəlirin bir hissəsi “Global Fund HIV/AIDS”yardımına əlavə olunur. 2006-ci ildə (RED) ilə əməkdaşlıq etdiyindən bəri “Apple Global Funda”160 milyondan çox yardım edərək təşkilatın ən böyük təşkilati xeyriyyəçisi olub.

"Bu Special Edition (PRODUCT RED )“İphone” göz qamaşdıran qırmızı və qara rəng kombinasiyaya malikdir və həmçinin müştərilərə HİV və QİÇS ilə mübarizəyə qoşulmaq imkanı da verir" deyən “Apple”-ın Məhsul Ticarəti Üzrə Vitse-prezidenti Qreq Josviak sözlərini belə davam etdirib "Bu yeni “İphone” ilə (RED) -ə dəstək verdiyimiz üçün qürur duyuruq və müştərilərimizin də bu modeli bəyənəcəklərini ümid edirik.”

https://metbuat.az/news/930522/heyat-yoldasini-ve-...