“Korean Air” şirkətinin təyyarəsi Yaponiyada enmə zamanı

“Korean Air” şirkətinə məxsus “Boeing 737” tipli təyyarə Yaponiyanın Kansay beynəlxalq aeroportunda kiçik qəza törədib. Təyyarənin quyruğu uçuş zolağına enərkən yerə toxunub. Pilotlar enməni davam etdirmədən havaya qalxmaq qərarını veriblər.

Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın ən böyük hava yolları şirkəti olan “Korean Air”in təyyarəsi havada dövrə vurduqdan sonra normal eniş edib. Bildirilir ki, təyyarəyə zədə dəyməyib, sərnişinlərdən xəsarət alan olmayıb.

Cənubi Koreyanın Nəqliyyat Nazirliyi hadisə ilə əlaqədar araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR