Play Store

BMT TŞ Rusiyanın qətnaməsini rədd etdi

BMT TŞ Rusiyanın qətnaməsini rədd etdi
03:14 11 Aprel 2018
156 Digər
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, TŞ-in daimi üzvlərindən Rusiya və Çin, habelə Efiopiya, Qazaxıstan və Boliviya qətnaməni dəstəkləyib.  TŞ-in daimi üzvü olan 3 ölkə - ABŞ, Böyük Britaniya və Fransa, habelə Polşa “əleyhinə” səs veriblər. Altı dövlət bitərəf qalıb.     

 

Rusiyanın təklif etdiyi qətnamə layihəsi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının  (KSQT) mütəxəssislərinin kimyəvi silahdan istifadəyə dair iddiaları araşdırmaq üçün Suriyanın Duma şəhərinə yollanması planını dəstəkləyir. Sənəd münaqişə tərəflərindən ekspertlər qrupunun ölkə ərazisində normal fəaliyyəti üçün lazımi tədbirlərin görülməsini tələb edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR