İraq Suriyadan İŞİD tərəfindən mümkün təhlükələri dəf etməyə hazırdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İraqın baş naziri Heydər al-Abadinin bəyanatında deyilir.
Baş nazir bildirib: "İraqı Suriya ərazisindən İŞİD tərəfindən yaranan təhlükədən qorumaq üçün mən bütün tədbirləri görəcəm.
Heydər al-Abadi qeyd edib ki, sərhədlərin qorunması üçün bir sıra tədbirlər görülüb və İŞİD bir daha İraqa girə bilməyəcək.
Milli.Az