Qaradağ rayonunda seçicilərin yarıdan çoxu səs verib

Qaradağ rayonunda seçicilərin yarıdan çoxu səs verib
16:05 11 Aprel 2018
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səsvermə seçicilərin mütəşəkkilliyi ilə davam edir.

Milli.Az xəbər verir ki, 12 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə AZƏRTAC-a bildirib ki, saat 15.00-dək dairə üzrə 32 məntəqədə 46 min 638 seçicidən 26 min 54 nəfəri (55,84 faiz) istədiyi namizədə səs verib. Seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.

Dairə üzrə 5 saylı seçki məntəqəsinin sədri İntizar İsmayılova deyib ki, seçkinin bütün qaydalarına əməl olunur. Seçicilərin rahat səs vermələri üçün məntəqədə hər cür şərait yaradılıb. Beynəlxalq müşahidəçilər də seçkilərin gedişini yüksək qiymətləndirirlər.

Seçicilər seçki məntəqəsində yaradılan şəraitdən razı qaldıqlarını, istədikləri namizədə səs verdiklərini bildiriblər.

Müstəqil müşahidəçilər isə əhalinin seçkilərdə fəal iştirakını vurğulayıblar.

11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri Azər Ələsgərov deyib ki, saat 15:00-dək dairə üzrə 42 məntəqədə 49 min 956 seçicidən 27 min 548 nəfər (55,1 faiz) istədiyi namizədə səs verib. Vətəndaşlar seçkilərdə fəallıq və mütəşəkkillik nümayiş etdirirlər.

Müşahidəçilər bildiriblər ki, seçkilər normal qaydada gedir. Hələlik heç bir seçki pozuntusu qeydə alınmayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR