“Ustad”ın aprel sayı

“Hədəf” Nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 18-ci sayı işıq üzü görüb.

Nəşriyyatdan Metbuat.az-a verilən məlumata görə, bu sayında da dərgi dəsti-xəttinə sadiq qalaraq yeni, maraqlı yazılarla oxucuların görüşünə gəlib.

Film və sənət haqqında yazılardan əlavə 18-ci sayda gənc yazarların hekayələri üstünlük təşkil edir.

Bu dəfə “Ustad” Tural Əzimzadə, Xanım Anela, Tural Türksoy, Ceylan Mumoğlu, Tural İsmayılov, Aynur Əhməd, Şəfa Vəliyə öz səhifələrində yer ayırıb.

Gənc araşdırmaçılar – Dilqəm Əhməd, Xəyalə Murad, Kamran Mahmudov, Nizami Hüseynov və Aybəniz Həsənovadan müxtəlif yönlü yazılar da dərc olunub.

Bu sayın müsahibləri filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev və tənqidçi, ədəbiyyatşünas, professor Rüstəm Kamaldır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR