Uşaq xəstəxanasının şüşə siləni 105 ildən çox azadlıqdan məhrum edilib.
Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, ABŞ-ın Tennessi ştatının Neşvil şəhərindəki uşaq xəstəxanasında şüşə silən işləyən 36 yaşlı Jarratt Turner uşaq pornoqrafiyası yayıb, çəkdiyinə görə 105 illik həbs cəzası alıb.

O, porno videoları çəkmək üçün özünü uşaqlara "spider man" (hörümçək adam) kimi təqdim edib və onları tovlayıb.
Onun evindən tapılan porno videolarda 2 yaşından tutmuş 12 yaşına qədər qızlara qarşı əxlaqsızlıq etməsi əks olunub.

O, daha sonra videoları internetdə yayıb. Turner videoları "mən balacaları sevirəm. Ümid edirəm siz də sevəcəksiniz" başlığı ilə paylaşıb.
Turner iz itirmək üçün videoları ictimai yerlərdə qoyulan pulsuz Wi-Fi vasitəsi ilə yaysa da, polislər onu tapıblar.
Milli.Az Turnerin fotolarını təqdim edir:
Emin
Milli.Az