Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir.
Metbuat.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumata görə, yüzlərlə etirazçı bu gün səhər saatlarından etibarən "Fransa" meydanına toplaşıb.
Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən aksiyalara rəhbərliyi müxalif deputat Nikol Paşinyan edir.