Dünyanın dörd bir tərəfindən məşhurları görüşdürən “Coachella” festivalı davam edir. Amerikalı gənc aktrisa Bella Thorne festivalın ən cəsur qonaqlarından biri olub.
Metbuat.az xəbər verir ki, Bella Thorne yarı şəffaf geyimi ilə diqqətləri öz üzərinə çəkib. Bir müddət qalmaqallar və sosial şəbəkədəki çılğın paylaşımları ilə gündəmə düşən aktrisa son olaraq “Midnight sun” adlı romantik filmdə rol almışdı. Filmdə ona “Terminator” Arnold Şıvayzenegerin 24 yaşlı oğlu Patrik Şvayzeneger yoldaşlıq etmişdi.
Bella Thorne Skot Disik ilə sevgilidir. “People” jurnalına bir qaynaqdan verilən məlumata görə, Skot Disik Bella ilə birlikdə olmasına baxmayaraq, başqa qızlarla da görüşməyə davam edir.


