Toyuq sinəsi yeməzdən əvvəl üzərindəki ağ xətlərə və qalın qatı yağlara diqqət etmək lazımdır.
Metbuat.az bildirir ki, bu fermerlərin heyvanlara böyümə hormonu yedirtdiklərini və toyuqların ağırlığının çox sürətli şəkildə artdığını göstərir. Belə ət sağlamlıq üçün zərərlidir.
Toyuq ətinin rəngi də diqqət edilməsi vacib olan bir məqamdır. Əgər rəngi sarımtıldırsa, bu, ətin təzə olmadığını göstərir. Çiy toyuq sinəsi çəhrayı rəngli və çox yumuşaq olmalıdır.
Əgər pendir kəsildikdə parçalanır və quruduqdan sonra çatlaqlar əmələ gəlirsə demək bu pendirlərin tərkibində tərəvəz yağı vardır.
Otaq istiliyində qaldıqda yüksək keyfiyyətli məhsul daha yumuşaq olur, amma quruyub nəm ortaya çıxarsa məhsulun keyfiyyəti aşağıdır.
Mat ətinin keyfiyyətini yoxlamaq üçün yarıya qədər kəsin. Əgər rəngi tünd, kənarları ağ xətlərlə konturludursa bu o deməkdir ki, ətin ömrü qatqı maddələri ilə uzadılıb. Əti kağız dəsmal üzərinə qoyduqda təzə ət dəsmalda çox nəm və qan buraxacaq.
Təzə balıqların buludlu gözləri olmamalıdır. Sağlam qəlsəmələr daima parlaq qırmızı rəngdə olmalıdır.