​Suriyada terrorçuların yeni

Suriyada terrorçuların yeni hücumları və təxribatları gözlənilir.

Metbuat.az-ın məlumatına görə, bu barədə Suriya hökumətindəki hərbi-diplomatik mənbələr açıqlama yayıb.Bildirilir ki,terrorçular özlərinin hazırladığı kimyəvi silahdan istifadə etməklə, məsuliyyəti rəsmi Dəməşqin üzərinə qoymaq və bununla da, hökumət qüvvələrinə qarşı əməliyyat üçün bəhanə verməyə çalışır.

Bildirilir ki, “Cebhat ən-Nusra” və Azad Suriya Ordusunun rəhbərliyi altında təşkil olunacaq həmin hücumda 12 mindən çox terrorçu iştirak edəcək və 100-lərlə zirehli texnikadan istifadə olunacaq. Ordu qüvvələrinə qarşı əməliyyatın Deraa və Əl-Bəəs şəhərlərində həyata keçirilməsi gözlənilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR