"Türk filminin Sultanı" ləqəbi ilə tanınan aktrisa Türkan Şoray 5 gündür, xəstəxanadadır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən il "Cushing" sindromundan (böyrək xəstəliyi) əziyyət çəkən sənətçi bu dəfə bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bir müddətdir yemək yeyə bilməyən aktrisa 2 kiloqram çəki itirib. Şoray ötən il keçirdiyi əməliyyatla isə 12 kiloqram çəki atmışdı.

Hazırda aktrisa həkim nəzarətindədir.

Milli.Az