Yunanıstanın Afina şəhərində kriminal dünyada "Bubi" ləqəbi ilə tanınan 45 yaşlı Yorqos Litsos güllələnib.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, o, Yunanıstan mafiyasının "xaç atası" idi.

AMNA agentliyinin məlumatına görə, 2 naməlum şəxs mafiya başçısının avtomobilini atəşə tutublar.

Xəstəxanaya çatdırılan kriminal avtoriteti xilas etmək mümkün olmayıb.

Polisin versiyasına görə, qətl sifarişlidir və qisas məqsədi ilə həyata keçirilib.

Milli.Az