Dünyanın ən qorxunc heyvanları

Bəzi heyvanlar var ki, çox sevimlidir.

Metbuat. az bildir ki, təbiətdə bəzi heyvanlar da var ki, onları gördükdə qaçaraq uzaqlaşmaq hissi oyanır. Bu heyvanlardan bəziləri insanlar üçün təhlükəli olmasa da, görünüşləri ilə qorxudurlar.

Amblypaygi və yaxud quyruqsuz əqrəb insanlar üçün təhlükəli deyil. Amma 8 gözlü, uzun ayaqlı bu heyvanı gördükdə qorxmamaq mümkün deyil.

"Goliath Birdeater" dünyanın ən böyük hörümçəyidir. Təxminən 30 santimetr uzunluğuna qədər böyüyə bilir. İnsanları öldürməsə günlərlə qaşındıracaq qədər zəhərlidir.

Nəhəng qara Afrika ilbizi-zəhərli deyil, amma insanlarda menenjitə səbəb olacaq parazit yayır.

Konqo çayında yaşayan "Goliath Tigerfish" balıqları sürətli və iti dişlərə sahibdir. Onlar hətta timsahları belə ovlayırlar.

Vəhşi görünüşlü bir dimdiyə sahib olan Şoebil adlı quş qorxulu baxışları ilə ətrafına baxar. Bu quşun yediyi qidalar arasında balıq və ilan balığı var.

Aye-aye – böyük gözləri ilə sevimli canlıya bənzəsə də Aye-aye son dərəcə diqqət edilməsi lazım olan bir canlıdır. Betonu çeynəyəcək qədər güclü kəskin dişləri və ovunu tutarkən istifadə etdiyi ürpərdici barmaqları vardır.







http://matbuat.az/news/938474/hokumet-eleyhine-cix...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR