Bakıda qadın hərəkətdə olan taksidən yıxılıb

Bakıda qadın hərəkətdə olan taksidən yıxılıb
08:27 27 Aprel 2018
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Nəsimi rayonunda sərnişin hərəkətdə olan taksidən yerə yıxılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 1948-ci il təvəllüdlü Mahmudova Qəmər Əvəz qızı taksi ilə mənzil başına çatdıqdan sonra avtomobildən düşmək istəyib.

Lakin sürücü yol kənarında duran piyada ilə mübahisə etdiyindən qadının düşmək istədiyini görməyib və maşını hərəkətə gətirib. Bu zaman artıq düşməkdə olan ahıl qadın maşından yerə yıxılıb. Sərnişin ağır kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin dəqiq təfərrüatları Nəsimi RPİ tərəfindən araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/645932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR