Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanının əməkdaşları sərnişinin qaçmış pişiyini tutmaq üçün 1 həftədən çox vaxt sərf ediblər.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, "Pepper" adlı pişik sahibi Çinə uçan zaman qaçıb. Bildirilir ki, həmin an pişiyi tapmaq mümkün olmadığı üçün sərnişin pişiksiz uçub.
Aeroport polisi pişiyi axtarıb tutmaq üçün 1 həftədən çox vaxt sərf etməsi barədə "Twitter" səhifəsində məlumat verib.
Bildirilir ki, nəhayət "xüsusi əməliyyat" keçirdikdən sonra pişiyi tutub sahibinə qaytara biliblər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

