ANAMA: 2603 ədəd hərbi sursat və mina zərərsizləşdirilib

2018-ci ilin aprel ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tərtər, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 5,938,510 kv.m (593.85 ha) ərazi yoxlanılıb, 2,596 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 4 ədəd piyada əleyhinə mina (cəmi 2,603 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək zərərsizləşdirilib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, əməliyyatlarda 487 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət , 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 523,990,199 kv.m (52,399.02 ha) ərazi təmizlənib və 796,754 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 20 və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 25 müraciət daxil olub. Müraciətlər əsasında 43,250 kv.m ərazi təmizlənib, 1,073 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina, 1 ədəd piyada əleyhinə mina (cəmi 1,075 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Arxeoloqlar tük ürpərdən kəşfə imza atıblar - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR