Bu gün Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin iclası keçirilib.
Milli.Az xəbər verir ki, iclasda Federasiyanın prezidenti Nurlan Aslanovun sədrliyi ilə qarşıya qoyulan hədəflər açıqlanıb, bundan sonra fəaliyyət planı müzakirə edilib.
Bundan əlavə iclasda Federasiyanın İdarə Heyətindəki bir sıra vəzifələrə təyinatlar olub, yeni tərkib formalaşıb. Verilən qərarlardan biri Federasiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə bağlı olub. Qəbul edilən yekdil qərarla tanınmış jurnalist İntizarə Məmmədova mətbuat xidmətinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Qafqaz Universitetinin "Politologiya" fakültəsinin məzunu olan İntizarə Məmmədovanın əmək fəaliyyəti əsasən jurnalistika ilə bağlıdır. O, "Səs", "İki Sahil" kimi qəzetlərdə müxbir, ən son isə Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi olub.
Zəfər Tağı
Milli.Az