Mayın 2-də Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda Federasiyanın prezidenti Nurlan Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan bəhs edib, federasiyanın qarşıya qoyduğu hədəfləri açıqlayıb.

Daha sonra İdarə Heyətinin qərarı ilə bir sıra vəzifələrə təyinatlar olub, yeni tərkib formalaşıb. Qəbul edilən qərarlara əsasən, kikboksinq üzrə 5 qat dünya çempionu, Prezident mükafatçısı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Ehram Məcidov ümumi işlər üzrə Federasiyanın vitse-prezidenti, iş adamı Tural Alişanlı ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident, dünya və Avropa çempionu, Prezident mükafatçısı, əməkdar idman ustası Emil Hacıyev peşəkarlar üzrə baş məşqçi, böyüklər üzrə baş məşqçi, dünya və Avropa çempionu, əməkdar idman ustası Ramin Allahverdiyev, gənclərin baş məşqçisi, dünya çempionatının mükafatçısı, idman ustası Aqil Mustafayev, mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İntizarə Məmmədova təyin olunub.

Yeniyetmələrin baş məqçiliyi isə dünya çempionu, idman ustası Ellər Orucova həvalə edilib. Yeni vəzifələrə təyin olunan idman cameəssinin tanınmış simaları öz çıxışlarında belə mühüm vəzifələrə etimad göstərildikləri üçün federasiya rəhbərliyinə təşəkkür ediblər. Onlar dövlət başçısının ətrafında sıx birləşdiklərini, dövlətin idman sahəsində idmançıların qarşısına qoyduğu öhdəliyi yüksək səviyyədə həyata keçirəcəklərini diqqətə çatdırəb və gənc nəslin sağlam mühütdə yetişməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.

Sonda bu il baş tutacaq daxili və beynəlxalq yarışlar müzakirə edilərək yekun qərar verilib.

Zəfər Tağı
Milli.Az