2016-2017 mövsümündə Qarabağ'da çıxış edən, daha sonra Çinin Xanchjou Grintaun klubuna keçən Dino Ndlovu Ağdam klubuna transferi gündəmdə olan Xama Biliata məsləhətlər verib.
Milli.Az goal.az xəbər verir ki, hücumçu Kickoff.com-a açıqlamasında Biliatın bu kluba keçməzdən öncə yaxşı düşünməyi məsləhət görüb:
"Qarabağ'ın baş məşqçisi Qurban Qurbanov nizam-intizama çox diqqət yetirir. Futbola çox bağlıdır. İstəyir ki, futbolçular yatanda da futbolu düşünsün. Diktator kimidir (gülür). Gecə həyatını sevən futbolçuları xoşlamır. O, şəhər barədə hər şeyi bilir, futbolçularının hər addımına nəzarət edir. Futbolçularından evə nə vaxt gəldiyini və gecəni harda keçirdiyini soruşur. Sizin nə cavab verəcəyiniz önəmli deyil. Onsuz da hər şeyi bilir".
Milli.Az