“Fuad Poladovun ölümü Azərbaycan incəsənəti üçün nəhəng itkidir”.

Publika.az xəbər verir ki, bu sözləri Fuad Poladovla vida mərasimində iştirak edən Əməkdar artist Almaz Mustafayeva jurnalistlərə deyib.

A.Mustafayeva bu itkini ifadə edəcək söz tapmadığını bildirib:

“Biz Fuadla bir müddət televiziyanın uşaq redaksiyasında işləmişik, onunla qonşu olmuşuq. Axırıncı dəfə “Nizami” kinoteatrında görüşdük. Yoldaşı ilə gəlmişdi, görüşdük, ayrıldıq. Bu, bizim sonuncu görüşümüz oldu. Çox təəssüf, söz tapmıram deməyə. Fuad Poladovun ölümü Azərbaycan kinoteratrı, incəsənətinə nəhəng bir itkidir. O, adı böyük hərflərlə yazılan aktyor idi”.

Aytən