Niderlandda bıçaqlı şəxs insanlara hücum edib.
Publika.az xəbər verir ki, hadisə Haaqada, Tətbiqi Elmlər Universitetinin kafesində baş verib. Belə ki, naməlum şəxs kafeyə daxil olaraq, buradakı müştəriyə 5 bıçaq zərbəsi endirib. O, daha sonra küçədə iki nəfəri də yaralayıb. Hadisə yerinə gələn polis əməkdaşları onu yaxalayıblar. Cinayətkar odlu silahdan açılan atəş nəticəsində ayağından yaralanıb.